ABŞ kürdlərin İranla müharibəyə müdaxilə etməməsini üstün tutur - Tramp

00:00 - 7 Aprel 2026 - DÜNYA

ABŞ kürd qüvvələrinin İrana qarşı ABŞ-İsrail hərbi əməliyyatına müdaxilə etməməsini üstün tutur.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

"Mən onların kənarda qalmasını üstün tutardım. Mən onların kənarda qalmasını üstün tutardım, çünki onlar bəzi problemlər və fəsadlar gətirirlər. Onlar ölüm gətirirlər. Özlərinə", - deyə Ağ Ev rəhbəri əlavə edib.

O, əvvəllər Fox News-a verdiyi müsahibədə ABŞ hökumətinin 2026-cı ilin əvvəllərində kürdlər vasitəsilə İrandakı etirazçılara külli miqdarda silah göndərməyə cəhd etdiyini etiraf etmişdi. Lakin Ağ Ev lideri kürd qüvvələrinin bu silahları özləri üçün saxladığını irəli sürmüşdü.

Xəbər xətti