Taksilərdə qiymətlər artacaq? - AÇIQLAMA

13:55 - 6 Aprel 2026 - AVTO

Xəbər verildiyi kimi, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydasında dəyişikliklər olunub. Belə ki, avtonəqliyyat vasitəsi taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edildikdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan birillik sığorta haqqı məbləğinin hesablanması üçün 1.5 əmsalı tətbiq ediləcək. Bəs sığorta haqqının artması taksilərdə gediş haqqının artmasına səbəb olacaqmı?

Bununla bağlı Ucnoqta.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirdi ki, taksilərdə istənilən ödəniş artımı istər-istəməz onun qiymətinə təsir göstərir:

"Fərdi qaydada fəaliyyət göstərənlər də lisenziya alarkən fərdi qaydada artıma getməyə məcbur olacaqlar. Bu elə də fantastik artım olmadığından həmən qiymətlərin yüksək artımına səbəb olmayacaq. Amma istər istəməz istənilən artım qiymətlərə təsir edən amildir. Bu səbəbdən də taksi xidmətində qiymət artımı ilə müşahidə oluna bilər". 

Emin

Xəbər xətti