Bəzi hərbçilər İranda pilotların xilas edilməsinə qarşı çıxdılar - Tramp

23:08 - 6 Aprel 2026 - DÜNYA

ABŞ prezidenti Donald Tramp bəzi ABŞ hərbçilərinin İran üzərində vurulan F-15E qırıcı təyyarəsinin pilotlarının xilasetmə əməliyyatına qarşı çıxdığını bildirib.

Ucnoqta.az xəbər verir ki, Amerika lideri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Hamı razılaşmadı. Bunu etməməyi üstün tutan çox peşəkar hərbçilər var idi", - Tramp deyib.

"Bu iki nəfər bunu tam dəstəklədi, bu, çox vacib idi", - deyə o, ABŞ Hərbi naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynə istinad edərək əlavə edib.

"Bunu sadəcə edə bilməzsən. Çox güclü bir ordunun mərkəzinə girə bilməzsən" deyən hərbçilər var idi", - deyə ABŞ prezidenti əlavə edib.

Xəbər xətti