Kuba Prezidenti Migel Diaz-Kanel ABŞ Konqresinin üzvləri ilə görüşdüyünü və ABŞ hökumətinin adanı blokadaya alması nəticəsində dəyən ziyan barədə onlara məlumat verdiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Diaz-Kanel X-də yazıb.
Diaz-Kanel həmçinin Havananın Vaşinqtonla ciddi dialoqa hazır olduğunu təsdiqləyib.
"Mən hökumətimizin ciddi və məsuliyyətli ikitərəfli dialoqa və mövcud fikir ayrılıqlarının həlli üçün axtarışa hazır olduğunu bir daha təsdiqlədim."