Dağlıq Qarabağ münaqişəsi diplomatik yolla həll olunmalıdır.
Bunu ABŞ-ın ATƏT-dəki Daimi nümayəndəsi Ceyms Gilmor brifinq zamanı deyib. O bildirib ki, ATƏT Minsk qrupu bu məsələnin həlli yollarını axtarır:
“Mən həm Azərbaycan, həm də Ermənistan səfirləri ilə görüşmüşəm, onlarla ayrı-ayrılıqda münaqişə və öz ölkələrində bu vəziyyətin necə qiymətləndirilməsi barədə danışmışam”.
D.Gilmorun sözlərinə görə, ABŞ-ın mövqeyi ondan ibarətdir ki, bu münaqişənin hərbi həlli ola bilməz:
“Münaqişə yalnız diplomatik yolla həll olunmalıdır. Minsk qrupu Rusiya, ABŞ və Fransa tərəfindən təmsil olunur. Mən həmsədrlərlə əvvəllər görüşmüşəm, fikrimcə, yenə görüşlərimiz olacaq. Onlar diplomatik danışıqları davam etdirənə qədər kəskinləşmə görməyəcəyik. Ona görə də bizim mövqeyimiz tərəflər arasında danışıqların təmin olunması üçün sabit vəziyyəti dəstəkləməkdən ibarətdir”./trend