Sabirabadda 57 yaşlı kişi Kürdə batıb

14:43 - 29 Yanvar 2020 - HADİSƏ

Sabirabad rayonunda bir nəfər Kür çayında batıb.

 Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Sabirabad rayonunun Poladtuğay kəndində, Kür çayına düşdüyü ehtimal olunan 1963-ci il təvəllüdlü Aslanov Cəmaləddin Zöhrab oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Xəbər xətti