Azərbaycanlı fanatı Bülent Ersoya 100 min dollarlıq üzük bağışladı

10:49 - 22 Yanvar 2020 - MAQAZİN

Türkiyənin qalmaqallı müğənnisi və “Diva”sı sayılan Bülent Ersoy sosial media fenomeni Selin Ciğərci ilə birlikdə “Bostancı Şou Mərkəzində” ötən axşam konsert proqramı ilə çıxış edib.

Konsertdə tamaşaçı qismində iştirak edən azərbaycanlı fanatı B.Ersoya dəyəri 100 min dollarlıq almaz qaşları ilə bəzədilmiş üzük hədiyyə edib. Gördüklərindən xoş hal olan sənətçi dəyərli hədiyyəyə görə pərəstişkarına minnətdarlığını bildirib.

Hər zaman konsertlərində qalmaqallı hadisələr ilə üzləşən Bülent Ersoy yenə dilini dinc saxlamayıb:
“Millət 250 bilet sata bilmədiyi halda indi burada iynə atsan, yerə düşməz. Biletli tamaşaçını buraya gətirmək çox çətindir. Hamı həddini biləcək!” - deyə sənətçi vurğulayıb./oxu.az

Xəbər xətti