Azərbaycan və Ermənistan jurnalistlərinin səfər mübadiləsi müsbət addımdır.
Bunu Slovakiyanın xarici işlər naziri Miroslav Layçak deyib. O bildirib ki, Slovakiya ATƏT-in sədri qismində vəziyyəti diqqətlə izləyir:
“Bu, müsbət addımdır və etimadı artırır, mühiti yaxşılaşdırır və gərginliyi azaldır. Mən hesab edirəm ki, bu addıma siyasi həll üçün yollar açacaq. İnanıram ki, Slovakiyanın sədrliyi bu münaqişənin həllinə töhfə verəcək”.