Polis ayaqlarını sükana qoyaraq avtomobil idarə edən sürücünü saxlayıb. Ucnoqta.az xəbər verir ki, hadisə ötən gün Cənubi Kiprdə, Limasol avtomagistralında qeydə alınıb.
Məlumata görə, adı açıqlanmayan 43 yaşlı yunanlı sürücü, ayaqlarını sükana qoyaraq avtomobili idarə etdiyi görüntüləri sosial şəbəkədə paylaşıb. Yayılan videodan sonra hərəkətə keçən Yunan Polis idarəsi, sürücünün saxlanılması ilə bağlı tədbirlərin görüləcəyini açıqlayıb.
Bildirilir ki, polis artıq sürücünü saxlayaraq həbs edib və o, cümə axşamı hakim qarşısına çıxarılacaq.
Yerli media, sürücünün 1000 avro və yaxud 1 il həbs cəzası ala biləcəyini yazıb.
Namiq Musayev