Sükan arxasında yatan sürücü “Mercedes”i işıq dirəyinə çırpdı - VİDEO

12:18 - 21 Noyabr 2019 - HADİSƏ

Türkiyənin Muğla vilayətində idarəetmədən çıxan avtomobil işıq dirəyini aşırıb. Ucnoqta.az xəbər verir ki, insident noyabrın 15-də gecə saatlarında Fəthiyə rayonunda qeydə alınıb. Məlumata görə, Mutlu U. idarə etdiyi 35 KF 8314 qeydiyyat nömrə nişanlı “Mercedes” markalı avtomobillə hərəkətdə olan zaman sükan arxasında yatıb. Bundan sonra idarəetmədən çıxan avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb. Zərbənin təsirindən dirək yolun hərəkət hissəsinə aşıb.

Bildirilir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Qəzanın görüntüləri isə bir iş yerinin təhlükəsizlik kamerasına düşüb.

 

Namiq Musayev

 

Xəbər xətti