Sevdiyi qızı ala bilməyən oğlandan dəhşətli əməl: ailənin 3 üzvünü öldürdü – hadisə anının VİDEOsu

09:43 - 19 Noyabr 2019 - HADİSƏ

Türkiyənin İstanbul şəhərində bir ailənin 3 üzvünü qətlə yetirən, birini də yaralayan qatilin cinayət öncəsi əlində silahla mağazaya daxil olduğu anların görüntüləri təhlükəsizlik kamerasına düşüb. Ucnoqta.az xəbər verir ki, dəhşətli hadisə noyabrın 16-da səhər saatlarında Pendik rayonunun Güllübağlar məhəlləsində baş verib.

 Məlumata görə, Tandoğan küçəsində Yılmaz ailəsinə məxsus marketə tüfəng və tapança ilə basqın edən Əhməd Önal əvvəlcə ailənin qızı Rəbiyə Yılmazı öldürüb. Daha sonra marketin ikinci mərtəbəsində olan evə çıxaraq Əhməd Yılmazı (ata) və Orxan Yılmazı (əmi) qətlə yetirib. Ailənin gəlini Rəbiyə Yılmazı isə yaralayıb.

Hadisədən sonra yan hissədəki binaya sığınan Əhməd Önal, polis tərəfindən yaxalanaraq Asayiş Şöbə Cinayət Büro əməkdaşlarına təhvil verilib. Şübhəli sıx təhlükəsizlik tədbirləri əhatəsində Qartal rayonundakı İstanbul Anadolu Ədliyyəsinə aparılıb.

O, növbətçi müstəntiqə verdiyi ifadənin ardından həbs olunması tələbi ilə məhkəməyə cəlb edilib.

“Peşmanam, məni həbs etmədən mühakimə etmə qərarı verilsin”- söyləyən Önal məhkəmədə verdiyi ifadədə, “Təxminən 5 ay əvvəl Rəbiyənin (ailənin qızı) qardaşları məni döymüşdülər. Həmçinin, məni hər gördükdə təhqiramiz ifadələr söyləyirdilər.

Hadisə günü, yenə Rəbiyənin qardaşları məni söydülər. Mən də iş yerinə gedib silahları alıb geri döndüm.

Rəbiyə də mənə cadu elədiyini, ya onun olacağımı ya da buralardan getməyimi söyləyirdi. Bir sözlə təhrik və qızışdırma ilə bir anlıq əsəbiliklə bu hərəkəti etdim.

Daha sonra polisə təslim oldum” - deyib.

Əhməd Önal hakimin qərarı ilə həbs edilərək Maltəpə Həbsxanasına göndərilib.

Bəzi yerli KİV-lərin yazdığına görə, qətl, Əhməd Önalın Rəbiyə Yılmazı istəməsi və ailəsindən buna görə rədd cavabı almasından sonra törədilib.

 

Namiq Musayev

 

 

Xəbər xətti