ABŞ-da iki biznes-jet “Cessna Citation” təyyarəsi toqquşub. Ucnoqta.az xəbər verir ki, insident noyabrın 15-də Texas ştatının San-Antonio Beynəlxalq hava limanında qeydə alınıb.
Məlumata görə, aeroporta təyyarələrdən biri Yeni Orleandan qayıdaraq eniş edib, digəri isə San-Xosedən havaya qalxıb və yanacaq sızmasından təcili qəza enişi etmək məcburiyyətində olub.
Təyyarə üçün ayrılmış xüsusi zolağa pilot uğurlu eniş edə bilməyib və Yeni Orleandan qayıdan laynerlə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bildirilir ki, qəzaya görə bir neçə reys təxirə salınıb.
Namiq Musayev