Rusiyanın paytaxtı Moskvada hamilə qadını döyən şəxs saxlanılıb. Ucnoqta.az xəbər verir ki, bu barədə Moskva üzrə DİN mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, 41 yaşlı kişi sərxoş vəziyyətdə tramvayda heç bir səbəb olmadan hamilə qadını vurub və qadın aldığı zərbələrdən huşunu itirərək yıxılıb. Qadın, hadisə yerinə çağırılan “təcili tibbi yardım” maşını ilə xəstəxanaya çatdırılıb.
Sərxoş kişi isə polis tərəfindən tutularaq şöbəyə aparılıb.
O, girov müqabilində sərbəst buraxılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Namiq Musayev