Türkiyənin Elazığı vilayətində sərnişin qatarının və minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Ucnoqta.az xəbər verir ki, insident bu gün səhər saatlarında Ataşəhər məhəlləsində qeydə alınıb.
Məlumata görə, Malatya-Tatvan marşrutu ilə hərəkət edən sərnişin qatarı, nəqliyyat vasitələri üçün müəyyən edilməyən yerdən keçən, Səlahəddin İldırımın idarə etdiyi 23 BA 446 qeydiyyat nömrə nişanlı avtomobilə çırpılıb. Zərbənin gücündən maşını təxminən 200 metrə sürüklənib.
Nəticədə nəqliyyat vasitəsində olan 3 nəfər yaralanaraq hadisə yerinə çağırılan ambulanslarla ərazidə yerləşən xəstəxanaya yerləşdirilib.
Onlardan sürücü Səlahəddin İldırım (45) və Fərdi Ağbulud (31) həkimlərin bütün müdaxiləsinə baxmayaraq dünyalarını dəyişiblər. Digər şəxsin müalicəsi davam edir.
Avtomobil relslərin üzərindən qaldırıldıqdan sonra, qatar yoluna davam edib.
Namiq Musayev