Banqladeşdə iki sərnişin qatarının toqquşması nəticəsində azı 15 nəfər ölüb, daha 30 nəfər isə xəsarət alıb. Ucnoqta.az xəbər verir ki, insident bu gün yerli saatla 02.00 radələrində paytaxt Dəkkədən 109 kilometr aralıda Mondobhaq stansiyasında qeydə alınıb.
Məlumata görə, qəza stansiyaya daxil olan qatarlardan birinin istiqamətini dəyişməsi səbəbindən baş verib.
Bildirilir ki, bir çox insan deformasiyaya uğramış vaqonların arasında qaldığından ölənlərin artacağı istisna edilmir.
Qəza yerinə səhiyyə, polis və xilasetmə briqadalarının əməkdaşları cəlb olunub.
Hadisənin baş verdiyi ərazidə bütün dəmiryolu səfərləri dayandırılıb.
Namiq Musayev