Çuvaşiyanın Alatır bölgəsində sərxoş sürücü avtomobillə piyada keçidində 3 nəfəri vurub. Ucnoqta.az xəbər verir ki, qəza anının görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Kadrlarda, sürətlə hərəkətdə olan avtomobilin sürücüsü, piyada keçidindən keçən piyadalara məhəl qoymadığı və qəzadan qaçmaq üçün heç bir cəhdin göstərmədiyi görülür. Zərbənin şiddətindən piyadalara ətrafa səpələnib.
Yerli medianın məlumatına görə, maşının vurduğu 3 təqaüdçü – iki nənə və bir baba olub.
Hər üç piyada xəstəxanaya yerləşdirilib.
Sürücünün isə sərxoş olduğu müəyyən olunub.
Namiq Musayev