Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma rejimin “prezidenti” Bako Saakayan ötən gün Belçikaya səfər edib.
Saakyan Brüsseldə erməni icması ilə görüşüb. Bundan sonra o, Flamandiya regionunun 10-a yaxın parlament üzvü ilə danışıqlar aparıb.
Saakyan Belçika nümayəndələrini Qarabağa səfər etməyə səsləyib.
Xatırladaq ki, son zamanlar separatçı qurum nümayəndələrinin xarici ölkələrə səfərləri intensivləşib. Belə ki, Azərbaycan XİN-i noybarın 1-də qondarma rejimin “xarici işlər naziri” Masis Mailyanın ABŞ-a səfəri və sözdə "soyqırımı"nın Nümayəndələr Palatasında qəbul olunması ilə bağlı Vaşinqtonun ölkəmizdəki səfiri Li Litsenbergerə nota təqdim etmişdi. Analoji nota noyabrın 6-da Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikova da verilmişdi. Nota Masis Mailyan və qondarma qurumun “mədəniyyət naziri” Lernik Ovannisyanın Moskvaya səfəri ilə bağlı təqdim olunmuşdu. /modern.az