İstanbulda özəl tibb mərkəzinin sahib onunla birgə işləyən azərbaycanlı həyat yoldaşını tapança ilə vurub. Ucnoqta.az xəbər verir ki, insident noyabrın 7-də gecə saat 01.00 radələrində Avçılar rayonunun Yaşılkənd məhəlləsində qeydə alınıb.
Əldə edilən məlumata görə, özəl tibb mərkəzinin sahibi Cəlal T., eyni mərkəzdə həkim işləyən və 3 yaşındakı uşağının anası olduğu öyrənilən Azərbaycan vətəndaşı olan A.A. ilə naməlum səbəblərdən mübahisə ediblər. Bundan sonra Cəlal T., üzərində gəzdirdiyi tapança ilə A.A.-ya atəş açıb. Nəticədə A.A. aldığı güllə yarasından ağır yaralanıb, Cəlal T. isə qaçmağa cəhd edib.
Lakin onu, silah səsini eşidib tibb mərkəzinin qarşısına gələn asayiş keşikçiləri yaxalayıb.
Yaralı həkim Bakırköy Sədi Qonur Dövlət Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Namiq Musayev