2 saylı Sumqayıt Şəhər Xəstəxanası yenidən tikiləcək

21:25 - 6 Noyabr 2019 - Xəbər

2 saylı Sumqayıt Şəhər Xəstəxanası yenidən tikiləcək.

Artıq xəstəxananın tikintisi üzrə tender elan edilib. Tender təklifləri dekabrın 16-dək tender komissiyasına təqdim edilməlidir. İddiaçıların təklif zərfləri dekabrın 17-də açılacaq.

Qeyd edək ki, 2 saylı Sumqayıt Şəhər Xəstəxanası çox profilli xüsusi ixtisaslaşdırılmış tibbi yardım müəssisəsidir. Xəstəxana 1992-ci ildə istifadəyə verilib./trend

Xəbər xətti