2 saylı Sumqayıt Şəhər Xəstəxanası yenidən tikiləcək.
Artıq xəstəxananın tikintisi üzrə tender elan edilib. Tender təklifləri dekabrın 16-dək tender komissiyasına təqdim edilməlidir. İddiaçıların təklif zərfləri dekabrın 17-də açılacaq.
Qeyd edək ki, 2 saylı Sumqayıt Şəhər Xəstəxanası çox profilli xüsusi ixtisaslaşdırılmış tibbi yardım müəssisəsidir. Xəstəxana 1992-ci ildə istifadəyə verilib./trend