Paytaxtda bank işçilərinin “Niva”sına “kuvalt”la hücum olub - VİDEO

20:52 - 6 Noyabr 2019 - HADİSƏ

Rusiyanın paytaxtı Moskvada terminallardan pul toplayan bank işçilərinin avtomobilinə hücum edilib. Ucnoqta.az xəbər verir ki, baş verən hadisənin görüntüləri Rusiya DİN-nin rəsmi saytında yayımlanıb.

Bildirilir ki, cinayətkarlar avtomobillə terminallardan pul yığan bank işçilərinin olduğu “Niva” markalı maşını izləyiblər. İki naməlum şəxs, “Niva”nın işıqforun qırmızı işığında gözləməsindən istifadə edərək əllərində olan gürzlə maşına yaxınlaşaraq şüşələrini sındırıblar, hətta onlar sərnişin tərəfdən qapını da açmağa müvəffəq olublar. Ancaq sürücü özünü itirməyərək anidən avtomobili arxaya verib və yolun boş hissəsinə sürərək oradan uzaqlaşa bilib. Hücum barədə dərhal polisə məlumat verilib. Polisin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində qarətçilərdən biri tutulub, digər şəxsin isə axtarışları davam etdirilir.

 

Namiq Musayev

 

Xəbər xətti