Orenburq əyalət məhkəməsi Azərbaycan vətəndaşına təyyarədə özünü aqressiv apardığı üçün 2 il 1 ay həbs cəzası kəsib. Ucnoqta.az xəbər verir ki, insident bu ilin mart ayının 11-də Orenburq – Moskva reysi ilə havaya qalxmağa hazırlaşan təyyarədə baş verib.
Bildirilir ki, pilot göyərtədə özünü aqressiv aparan azərbaycanlı vətəndaşa görə, təyyarənin sükanını geri döndərməyə məcbur olub.
Bundan sonra təyyarəyə çağırılan polis əməkdaşları onu güclə yerə düşürməyə müvəffəq olublar. O, qışqıraraq bilet pulunun geri qaytarılmasını tələb edib.
Məhkəmə 37 yaşlı azərbaycanlını ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərib.
Namiq Musayev