Rusiyada yaşayan Svetlana adlı xanım onu atıb Azərbaycana qayıdan həyat yoldaşı Yusifi axtarır.
Ucnoqta.az baku.ws-ə istinadən xəbər verir ki, Svetlana Yusiflə 18 il ər-arvad münasibətində olduğunu, bərabər qız övladlarının doğulduğunu bildirib. Qıza Səbinə adı verilib. Svetlana qızı üçün Yusifin axtarışına çıxdığını deyir: "Mən sevdiyim insanı yox, qızımın atasını axtarıram".
Yusif 4 il əvvəl rüşvət vermək üstündə saxlanılıb. Onu 5 ildən 8 ilədək həbs cəzası gözləyib. Qızının atasının həbs olunmasını istəməyən Svetlana cinayəti öz üzərinə götürür. 4 ay həbsdə qalan Yusifi azad edirlər. Svetlana nümunəvi vətəndaş və himayəsində azyaşlı qızı olduğundan onu da həbs etmirlər.Hər ikisinə pul cəriməsi kəsilir.
2015-ci ildə Yusif həbsdən çıxdıqdan sonra Azərbaycana qayıdır, 18 illik həyat yoldaşı Svetlana və qızı Səbinə ilə əlaqələri tam kəsir.
Göranboyun Veysəlli kəndində yaşayan Yusif evlənib və hazırda 4 övladı var.