Başqırdıstanda şəxsi evdə baş vermiş yanğın nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, insident bu gün gecə saatlarında Yuxarı Tatışlı kəndində qeydə alınıb.
Məlumata görə, 54 kvadratmetr sahəsi olan birmərtəbəli şəxsi ev naməlum səbəblərdən alovlanıb. Hadisə yerinə yanğınsöndürmə briqadasının 24 əməkdaşı və 11 ədəd texnikası cəlb olunub. Alovların söndürülməsindən sonra, xilasedicilər yanğın yerindən 1990-cı il təvəllüdlü qadın və 2011-ci və 2017-ci ildə doğulmuş iki uşağın yanmış meyitini aşkarlayıblar. Yanğında 1978, 1984 və 1998-ci il doğumlu 3 kişi də yaralanıb. Onlar xəstəxanalara çatdırılıblar.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Namiq Musayev