İstanbul Böyükşəhər Bələdiyyə başçısı Əkrəm İmamoğlunun mühafizəçiləri nəqliyyatda mübahisə etdikləri sürücünü döyüblər. Ucnoqta.az xəbər verir ki, insident ötən axşam saat 22.00 radələrində İstanbulun Bəylikdüzü rayonunun Gürpınar bölgəsində qeydə alınıb.
İddiaya görə, ailəsi ilə evindən çıxaraq avtomobillə hərəkətdə olan Sərkan A., yolda Əkrəm İmamoğlunun mühafizəçiləri ilə mübahisə edib.
Mübahisə zamanı Sərkan A.-nın idarə etdiyi avtomobili mühafizəçilərin olduğu maşının arxa görünüş şüşəsinə çırpıb. Bundan əsəbiləşən 2 mühafizəçi, avtomobili təqib edərək Sərkan A,-nın qarşısını kəsiblər. Silah çəkərək ailəsinin gözü önündə Sərkan A.-nı maşından endirən mühafizəçilər, onu döyməyə başlayıblar. Ətrafda olan vətəndaşlar vəziyyəti polisə bildiriblər. Hadisə yerinə gələn asayiş keşikçiləri Sərkanı mühafizəçilərin əlindən alıb.
Sonra polislər iki mühafizəçinin ifadə verməsi üçün şöbəyə aparıblar. Həyat yoldaşının və uşağının gözü qarşısında döyülən Sərkan A. isə mühafizəçilərdən şikayətçi olub.
Araşdırmalar davam etdirilir.
Namiq Musayev