Hindistanda qız nəvəsini diri-diri basdıran baba polis tərəfindən cinayət başında yaxalanıb.
Ucnoqta.az xəbər verir ki, insident ölkənin Heydərabad şəhərində qeydə alınıb. Məlumata görə, avtobus dayanacağının qarşısından avtomobillə keçən bir sürücü, dayanacağın yaxınlığında torpağı qazan iki nəfəri görüb.
Əllərində ədyala bələnmiş bir körpəni görən sürücü, vəziyyəti polisə bildirib.
Cinayət başında yaxalanana körpənin babası ilə dostu, polislərə uşağın öldüyünü və bu səbəbdən basdıracaqlarını söyləyiblər.
Polis əməkdaşlarının qız uşağa baxışı zamanı onun yaşadığını müəyyən ediblər. Bundan sonra iki şübhəli polis tərəfindən həbs edilərək şöbəyə aparılıb.
Körpə qız isə müayinə üçün xəstəxanaya çatdırılıb.
Namiq Musayev