Türkiyənin Malatya vilayətində qan davası səbəbindən baş verən cinayət anının görüntüləri təhlükəsizlik kamerasına düşüb. Ucnoqta.az xəbər verir ki, insident oktyabrın 28-də Pütürge rayonunda qeydə alınıb. Kadrlarda, Ömər Ərdoğanın (78) küçədə 2 nəfərlə söhbət edən qohumu Yəhya E.-nin yanına yaxınlaşdığı görülür. Bu arada üzərində gətirdiyi tapançanı çıxarmaq istəyən Ömər Ərdoğanı görən Yəhya E., onu qabaqlayaraq tapançadan bir əl atəş açır. Bundan sonra Ömər Ərdoğan aldığı güllə zərbəsindən yerə yıxılır.
Bildirilir ki, Ömər Ərdoğan xəstəxanaya çatdırılsa da həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək olmayıb.
Hadisə yerindən qaçan Yəhya E. isə qısa müddət ərzində polis tərəfindən yaxalanaraq həbs edilib.
Namiq Musayev