Müayinədən qayıdanları daşıyan avtobus aşdı: 31 nəfər xəsarət alıb - VİDEO

19:20 - 1 Noyabr 2019 - HADİSƏ

Türkiyənin Ankara vilayətində müayinədən qayıdanları daşıyan avtobusun qəzaya uğraması nəticəsində 31 nəfər xəsarət alıb. Ucnoqta.az xəbər verir ki, insident bu gün saat 14.00 radələrində Ankara ilə Bala rayonu arasındakı yolda qeydə alınıb.

Məlumata görə, Bala rayonunda yaşayan qadınları xərçəng müayinəsinə aparan Canqaya bələdiyyəsinə məxsus, 06 DM 0124 qeydiyyat nömrə nişanlı avtobus, müayinədən sonra geri qayıdarkən yolun yağışlı və sürüşkən olması səbəbindən sürücünün idarəetməsindən çıxaraq yol kənarına aşıb.

Qəzada, 25-i qadın, 3-ü uşaq, 2-si tibb bacısı və sürücü ilə birlikdə 31 nəfər yaralanıb.

Yaralılara ilkin tibbi yardımı yoldan keçən digər sürücülərlə vətəndaşlar edib, daha sonra hadisə yerinə gələn ambulanslarla ərazidə yerləşən xəstəxanalara çatdırılıblar.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

 

Xəbər xətti