Bir əlində telefon, bir əlində isə siqaret. Siqaretdən çəkir, mesajdan yazır, sükan-sərnişin qalıb öz halına. Ucnoqta.az xəbər verir ki, bu görüntülər oktyabrın 30-da Ukraynanın Kiyev şəhərində qeydə alınıb.
Kadrlarda, hərəkətin gur olan vaxtı 32 saylı marşrut avtobusun sürücüsü, bir əlində telefon, bir əlində isə siqaret tutaraq nəqliyyatda irəlilədiyi görülür. Heç bir qayda-qanun saymayan sürücü, gah telefonda mesaj yazır, gah da siqaret çəkir, heç yola da baxmır.
Bir sərnişin qeydə aldığı videonu öz hesabından paylaşıb. Bundan sonra daşıyıcı şirkətin nümayəndəsi, görüntüləri izləyərək, ismarıc bölümünə yazılı şəkildə ona təşəkkül edib və sürücünün cəzalandırılacağı ilə bağlı söz verib.
Namiq Musayev