Dağıstanın Maxaçqala şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. İnsident oktyabrın 30-da səhər saatlarında qeydə alınıb. Ucnoqta.az-ın məlumatına görə, 25 yaşlı yerli sakin idarə etdiyi “Infiniti” markalı avtomobillə, hərəkətdə olan zaman sükan idarəetməsini itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb. Zərbənin şiddətindən nəqliyyat vasitəsi alovlanıb. Nəticədə sürücü ilə birlikdə avtomobildə olan 4 nəfər xəsarət alıb. Yaralılar müxtəlif dərəcəli bənd xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.