Yaponiyanın J2 liqasında maraqlı hadisə baş verib.
"Yamaqata" - "Exime" görüşündə meydanın mərkəzindən 2 qol vurulub. Maraqlıdı ki, bu qollar 2 dəqiqə ərzində qeydə alınıb. Belə ki, qonaqların qapıçısı Masahiro Okamotonun irəli çıxdığını görən Şun Nakamura 61-ci dəqiqədə meydanın mərkəzindən komandasının 2-ci qolunu vurub. Bundan dərs çıxarmayan qolkiper cəmi 1 dəqiqə sonra təxminən eyni nöqtədən gələn ikinci zərbə qarşısında da aciz qalıb.
Oyun "Yamaqata"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb./Offsideplus