Azərbaycanda ŞOK OLAY: 2 uşaq anası bir həftəlik sevgilisinə qoşulub qaçdı -Video

18:19 - 25 Oktyabr 2019 - Xəbər

Azərbaycanda 22 yaşlı gənc "İnstagram"da tanış olduğu evli və 2 uşaq anası olan qadını qaçırıb.

Bu barədə Xəzər televiziyasında yayımlanan Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişində məlumat verilib. Sevgilisi ilə qaçan Aytən bildirib ki, mən 6 ildir ki, evliyəm: "22 yaşım var. 3 və 5 yaşlı iki uşağım var. 16 yaşında zorla ərə verilmişəm. Mən hər iki uşağımdan imtina edib, atalarına verirəm. Mən sevgilimlə 1 həftədir ki, "İstagram"da tanış olmuşam. Telefonumu həyat yoldaşım almışdı. Mən sevgilimlə tanış olanda ailəli və iki övladımın olduğunu demişəm".

Evli qadını qaçıran gənc bildirib ki, onunla "İstagram"da tanış olmuşam: "Özüm kafe işlədirəm. Mən onun evli olduğunu bilirdim. Onun qəmli həyatına dözə bilmədim. Sonda onu qaçırmalı oldum"./unikal.org

Xəbər xətti