“Taksi” polisi vurdu; sonra aptekin divarına “girdi” - VİDEO

14:25 - 25 Oktyabr 2019 - HADİSƏ

Rusiyanın Soçi şəhərində iki avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az xəbər verir ki, insident oktyabrın 25-də səhər 4 radələrində Adlerskiy rayonunda qeydə alınıb.

Məlumata görə, Lenin küçəsində yüksək sürətlə hərəkətdə olan “Ford” markalı avtomobil, idarəetmədən çıxaraq taksi xidməti göstərən maşına dəyib. Zərbənin şiddətindən “taksi” əvvəlcə səkidə dayanan polisi vurub, sonra da aptekin divarına çırpılaraq yanıb.

Nəticədə asayiş keşikçisi və taksi sürücüsü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

 

Xəbər xətti