Mübarizi təhqir edən Nərmin danışdı: “Onlar sırf erməni olduğu üçün öldürülüb” - VİDEO

11:38 - 22 Oktyabr 2019 - ÖLKƏ İÇİ

"Mən bildirmişəm ki, bəlkə də Mübariz İbrahimovun öldürdüyü bir əsgər bütün proseslərdən sonra doğulub. Yəni bu insanın ümumiyyətlə bu hadisələrdə heç bir günahı yoxdur. Sadəcə olaraq ona elə aşılanıb ki, qarşı tərəf- ermənilər sənin düşmənindir. Uşaq hansı psixologiyada böyüdülürsə, onun gələcək hətayı da elə formalaşır”.


Ucnoqta.az azxeber.com-a istinadən xəbər verir ki, bu sözləri psixoloq Nərmin Şahmarzadə məhkəmə çıxışı zamanı deyib. 


O bildirib ki, öldürülən əsgər bəlkə də günahsızdır:


"Bundan əlavə olaraq qeyd edim ki, əgər müharibə olsaydı və düşmən bizim posta girməyə çalışsaydı bu zaman başqa situasiya yaranacaqdı. Ancaq bəlkə də öldürülən əsgər xidmət müddətinin başa çatmağını gözləyib, evinə getməyə hazırlaşırmış.
 

O insanları erməni olduğu üçün öldürməyi adekvat hesab etmirəm.
 

Hakimin ədalətli qərar verib-verməməyinə də münasibət bildirən Nərmin bunları deyib: "Ümumiyyətlə, bu məsələdə hakimə çox güclü təsir və təziq edirlər. Hakim ona təzyiq edənləri susdurmursa, deyə bilərəm ki, təzyiq hakimə təsir edir. Yekun qərar nə olacaq bilmirəm”

 

Qeyd edək ki, məhkəmə 23 oktyabr günü son qərarını verəcək.

Xəbər xətti