Bakıda 11 yaşlı oğlan anasından İMTİNA ETDİ: "Elə ananı istəmirəm"- VİDEO

16:28 - 21 Oktyabr 2019 - Xəbər

Bakıda itkin kimi qeydə alınan və axtarışa verilən 11 yaşlı F. Elmar oğlu Hüseynov tapılıb.

Azyaşlı anası tərəfindən şiddət gördüyü üçün evdən qaçdığını deyib. O, "Səni axtarıram" proqramına gələrək göz yaşları ilə anası Jalə Hüseynovadan imtina etmək istədiyini bildirib:

"Anamdan imtina edirəm, onunla qalmaq istəmirəm. Məni döyür, nalayiq söyüşlər söyür. Atamı da tutdurub. Atam məni döymürdü. Anam siqaret çəkir, spirtli içki içir, elə ananı istəmirəm".

Xatırladaq ki, 2008-ci il təvəllüdlü F.Hüseynov oktyabrın 8-i səhər saat 10 radələrində Binəqədi rayonu, Ramazanov küçəsi döngə 1-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə onun anası Jalə Hüseynova Binəqədi RPİ-nin 43-cü PB-nə ərizə ilə müraciət edib./baku.ws

Xəbər xətti