“Dağlıq Qarabağ səfər edən və orada bəyanatlar səsləndirən rusiyalı siyasətçilərin, qanunverici hakimiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin çıxışları onların şəxsi nöqteyi-nəzərləridir. Bu, ekspert nöqteyi-nəzəridir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O qeyd edib ki, rəsmi mövqe ancaq müvafiq icraedici hakimiyyət institutu tərəfindən verilir: “Bizdə Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi tərəfindən rəsmi mövqe açıqlanır.
Ümumilikdə dövlətin mövqeyini bu orqanlar əks etdirir”./Apa