7 mərtəbəli bina çökdü: 1 nəfər öldü, 2 nəfər isə xəsarət aldı - VİDEO

14:04 - 16 Oktyabr 2019 -

Braziliyanın Fortaleza şəhərində 7 mərtəbəli bina çöküb. Ucnoqta.az xəbər verir ki, nəticədə 1 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. Bu barədə “Globo” məlumat yayıb.

İlkin məlumatlara görə, dağıntılar altında 10 – 15 sakinin qaldığı ehtimal olunur.

Ərazidə elektrik və qaz təchizatı kəsilib. Qonşu evlərin sakinləri təxliyə ediliblər.

Hadisə yerinə xilasetmə briqadaları cəlb olunub.

 

Namiq Musayev

 

 

Xəbər xətti