Rusiyanın Ufa şəhərində ata qızını dostları ilə qəlyan çəkdiyi üçün döyüb. Ucnoqta.az xəbər verir ki, o, 13 yaşlı qızının dostları ilə birlikdə şəhərdə yerləşən qəlyan klubların birinə getdiyini sosial şəbəkədən öyrənib.
Əsəbiləşmiş kişi kluba gələrək hay-küy salıb və qızını aparmağa çalışıb. Lakin məktəblinin dostları buna mane olmaq istəyiblər. Bu onlarda alınmayıb.
Qəzəblənmiş ata qızını liftə vurmağa başlayıb, özü ilə gətirdiyi və müdaxilə etmək istəyən nənə də bundan payını alıb.
Bildirilir ki, görüntülərdən sonra, valideynlik öhdəliklərini yerinə yetirmədiyinə görə ata haqqında inzibati protokol tərtib edilib.
Hazırda qız həkim müayinəsindən keçirilir, yoxlamanın nəticələri məlum olduqdan sonra prosessual qərar veriləcək.
Namiq Musayev