“X5”in sürücüsünü “soydular”: 2 milyondan çox pulu apardılar - VİDEO

11:05 - 6 Oktyabr 2019 -

Moskvada pul daşıyan şəxs soyğunçuluğa məruz qalıb. Ucnoqta.az xəbər verir ki, hadisə ötən gün əyalətin şərqində qeydə alınıb.

Məlumata görə, naməlum şəxs “BMW X5” markalı avtomobilin sürücüsünə tapança ilə hədə-qorxu gələrək içərisində 2,23 milyon rubl və sənəd olan çantanı götürərək hadisə yerindən qaçıb.

Zərərçəkən polis şöbəsinə gedərək şikayət ərizəsi ilə müraciət edib.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

 

Namiq Musayev

 

Xəbər xətti