Türkiyənin Adana vilayətində gənc qız 2-ci mərtəbədən avtomobilin üzərinə düşüb. Ucnoqta.az xəbər verir ki, insident bu gün saat 05.00 radələrində Seyhan rayonunun Yaşılyurd məhəlləsində qeydə alınıb.
Məlumata görə, 4 mərtəbəli binanın 2-ci qatında dostu ilə birlikdə yaşayan 25 yaşlı Duyğu G., naməlum səbəblərdən pəncərədən, park edilmiş “Fiat Tipo” markalı avtomobilin üzərinə düşüb.
Gurultuya oyanıb, aşağı baxdıqlarında yerdə uzanan Duyğunu görən bina sakinləri, polis və səhiyyə briqadalarına xəbər veriblər.
Ağır xəsarətlər alan Duyğu ambulansla xəstəxanaya çatdırılıb. Müalicəyə götürülən gənc qızın vəziyyətinin ağır olduğu bildirilib.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Namiq Musayev