Ukraynada An-12 təyyarəsi yanacaq çatışmazlığı səbəbindən “Lvov” beynəlxalq aeroportu yaxınlığında qəza enişi edib. Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təyyarə Viqo (İspaniya) – Lvov marşrutu ilə hərəkət edib, təyyarədə 8 nəfər olub. Onlardan 3-ü dünyasını dəyişib, 2 nəfərin isə taleyi barədə hələ ki, məlumat yoxdur.
Hadisə yerinə xilasetmə briqadaları cəlb olunub. Araşdırmalar aparılır.
Namiq Musayev