"Qarabağ"ın oyununda EFİRƏ GETMƏYƏN ANLAR: Rəşad və Almeyda azarkeşləri... - VİDEO

10:46 - 4 Oktyabr 2019 - İDMAN

Avropa Liqasının qrup mərhələsində Lüksemburqda oynanılan "Düdelanj" - "Qarabağ" (1:4) oyununda təmsilçimizə qarşı erməni təxribatı baş vermişdi. Ucnoqta.az xəbər verir ki, bu zaman “Qarabağ” futbolçuları ilə yanaşı, azarkeşlər də təxribatçılara kəskin reaskiya verib. "Qarabağ"ın azarkeşləri dron vasitəsilə stadionun üzərində qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağının qaldırılmasına sərt etirazlarını bildiriblər. Onlardan bir neçəsi Azərbaycan bayrağı ilə meydana daxil olmaq istəyib və bu zaman təhlükəsizlik əməkdaşları ilə qısa gərginlik yaşanıb.

Kapitan Rəşad Sadıqov azarkeşlərdən sakit olmalarını xahiş edib. Meydana daxil olmaq istəyən bir “Qarabağ” azarkeşini isə Riçard Almeyda sakitləşdirməyə çalışıb.

Sözügedən gərginlik efirdə yayımlanmayıb. Həmin görüntüləri təqdim edirik:

 

 

(publika.az)

Xəbər xətti