Fransada polis əməkdaşlarına hücum nəticəsində ölənlərin sayı 5 -ə çatıb. Fransa prezidenti Emmanuel Makron hadisə yerinə gedib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə ilə bağlı araşdırma aparılır.
*** 17:04
Fransada polis əməkdaşlarına hücum nəticəsində ölənlərin sayı 5-ə çatıb. Fransanın daxili işlər naziri Kristof Kastaner Türkiyəyə səfərini təxirə salıb. Fransanın baş naziri Eduar Filip hadisə yerindədir.
***16:25
Fransada hücuma məruz qalan polis əməkdaşlarından biri xəstəxanada ölüb. Digər polis əməkdaşının vəziyyətinin isə ağır olduğu bildirilir. Məlumata görə, hücum edən şəxsin özü də polis əməkdaşıdır. Hadisə polis idarəsinin həyətində baş verib.
Hazırda Fransanın daxili işlər naziri Kristof Kastaner ərazidədir.
*** 16:01
Fransanın paytaxtı Parisdə polis əməkdaşlarına hücum olub. Hadisə nəticəsində polis əməkdaşlarından biri ağır bıçaq yarası alıb. Polislər hücum edən şəxsi öldürüb.
Faktla bağlı araşdırma aparılır.