İstanbulda özlərini polis əməkdaşı kimi təqdim edib, turistləri soyan, bir turisti də hərəkət edən avtomobildən ataraq üzərindən keçən iki şübhəli saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, insident sentyabrın 31-də axşam saatlarında Kadıköy Rasimpaşa məhəlləsi İskele Sokakda qeydə alınıb.
Məlumata görə, Türkmənistan əsilli J.G. (22), bir nəqliyyat vasitəsinin içərisində olan iki nəfər tərəfindən avtomobilin yanına çağırılıb. Maşının içərisində olanlar J.G.-yə əllərindəki “Polis” nişanını göstərərək ondan avtomobilə minməsini istəyiblər.
Şübhəlilər, J.G.-nin maşına minməsindən sonra üstündə narkotik maddənin olduğunu deyərək üzərində yoxlama aparacaqlarını söyləyiblər.
Turisti sürətlə gedən avtomobildən yola atdılar
Sonra maşını işə salaraq hərəkət edən şübhəlilər J.G.-nin üzərində olan pul qabı, mobil telefon, qızıl boyunbağı kimi əşyaları alıb 200 metr irəlilədikdən sonra onu hərəkət edən avtomobildən atıblar.
Bir anda yola sürüklənən J.G.-nin üstündən əvvəlcə şübhəlilərin maşını, sonra da onu yerdə görməyən digər avtomobil keçib. Yerdə ağrılar içində qıvrılan J.G.-ni görən sürücü maşınından enərək onun yanına gəlir və vəziyyəti səhiyyə briqadalarına bildirir.
Qısa müddət ərzində hadisə yerinə gələn səhiyyə işçiləri, ağır xəsarətlər alan J.G-ni ambulansla xəstəxanaya apararaq reanimasiya şöbəsinə yerləşdiriblər.
Şübhəlilər eyni üsulla turistlərə qarşı əməllərini davam etdiriblər
Hadisədən sonra iki şübhəli 3-ü Kadıköy, 1-i Ataşəhər olmaqla eyni üsulla daha 4 turisti soyublar. Özlərini polis olaraq qələmə verən şəxslərin, avtomobillərinə mindirdikləri turistləri bir müddət sonra dəyərli əşyalarını alaraq maşından atdıqları məlum olub.
Kadıköy və Ataşəhərdə baş verən hadisələrdən sonra rayon polis şöbələri şəxslərin yaxalanması üçün hərəkətə keçiblər.
Hadisənin baş verdiyi ərazilərdə təhlükəsizlik kamerası görüntülərini araşdıran polis, şəxslərin həyata keçirdikləri 5 hadisədə fərqli nəqliyyat vasitələrindən istifadə etdikləri, bu maşınların icarə olduğunu və avtomobil nişanları üzərində dəyişmə etdikləri müəyyən edilib.
Oktyabrın 1-də Ümraniyədə baş tutan əməliyyat nəticəsində Berkan D. (23) və Yusif Şinasi U. (23) yaxalanıb.
Namiq Musayev