Krımda polisdən qaçan sürücü qəza törədib. Ucnoqta.az xəbər verir ki, insident Baxçisaray-Yalta trasında qeydə alınıb.
Məlumata görə, yol patrul xidmətinin əməkdaşları şübhəli avtomobili dayandırmağa çalışıb. Lakin sürücü polisin saxla əmrinə tabe olmayıb və qaçmağa başlayıb. Bir müddət davam edən qaçdı-qovdudan sonra Tankovoe kəndi yaxınlığında sürücünün nəzarətindən çıxan avtomobil yol kənarına aşıb. Qəzadan sonra sükan arxasında sərxoş qadının olduğu müəyyən olunub.
Polisin araşdırması zamanı məlum olub ki, onun ümumiyyətlə sürücülük vəsiqəsi olmayıb.
Qadın haqqında sərxoş vəziyyətdə və sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsi idarə etdiyinə görə, inzibati protokol tərtib olunub.
Namiq Musayev