Hindistanda turistlərin olduğu avtobus qəzaya uğrayıb. Ucnoqta.az xəbər verir ki, insident ötən gün ölkənin Qujarat əyalətinin Banaskanza bölgəsində qeydə alınıb.
Məlumata görə, məbədləri ziyarətə gələn turistlərin olduğu avtobus, güclü yağışdan sonra yolların sürüşkən olması səbəbindən sürücünün idarəetməsindən çıxaraq yol kənarına aşıb.
Nəticədə 21 nəfər ölüb, 50 nəfər isə xəsarət alıb.
Yaralılar “təcili tibbi yardım” maşınları ilə xəstəxanalara çatdırılıblar.
Namiq Musayev