Ermənistanın sabiq müdafiə nazirinə cinayət işi açıldı

17:14 - 26 Sentyabr 2019 - Xəbər

Ermənistanın sabiq müdafiə naziri Viqen Sərkisyan öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə və həmçinin Silahlı Qüvvələrin yüksək rütbəli zabitlərinə qarşı qanunsuzluğa yol verdiyinə görə, cinayət məsuliyyətinə cəlb olunub.

“Ölkə.Az” “armenpress”ə istinadən xəbər verir ki,  sabiq nazir    İrəvanın mərkəzində  tikilən  binada  hərbçilərə mənzillərin bölüşdürülməsində  vəzifə səlahiyyətlərində sui-istifadə edərək, ehtiyacı olan şəxslərə deyil, başqalarına verib.

Bununla da mənzilə ehtiyacı olanlar evsiz qalıb. Onun bu əməlinə görə Ermənistanın cinayət qanunverciliyinin müvafiq maddələrinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb olunub və barəsində cinayət işi açılıb. Sabiq nazir barəsində qaldırılan cinayət işi Xüsusi istinataq xidmətinə verilib.

Xəbər xətti