Bakıda daha 2 Nəqliyyat Mübadilə Mərkəzi yaradılacaq

16:12 - 26 Sentyabr 2019 - Xəbər

Gələcəkdə metronun "Nəriman Nərimanov" stansiyası, "Gənclik" stansiyası - Tofiq Bəhramov adına Respublika Stadionu ətrafında daha iki Nəqliyyat Mübadilə mərkəzlərinin yaradılması nəzərdə tutulub.

Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, daha sonra Bakıətrafı qəsəbələrdə kiçik mərkəzlərin yaradılması nəzərdə tutulub:
"Hazırda dəyərləndirmə aparılır. Bu HUB-lar mərkəzdən uzaq ərazidə yaşayan sərnişinlərin daha rahat şəkildə gəlməsini təmin edəcək"./trend

Xəbər xətti