Bakıda ingilis turisti meymun dişləyib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, 58 yaşlı İngiltərə vətəndaşı qolunun sol said nahiyəsinin dişlənmiş yarası diaqnozu ilə Təcili Tibbi Yardıma müraciət edib. Həkimlər onu Kliniki Tibbi Mərkəzə çatdırıblar. Xəstəxanada turistin yarası işləndikdən sonra ona zərdab vurulub. Hazırda ambulator müalicə alır.
Yaralı həkimlərə meymun tərəfindən dişləndiyini bildirib.