Vurğun Əyyubla vida mərasimi keçirilib- Foto

17:10 - 24 Sentyabr 2019 - Xəbər

Ləğv edilən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri Vurğun Əyyubla mərhumun yaşadığı binanın həyətində keçirilən vida mərasimində saz çalınıb.

"Report"un xəbərinə görə, V.Əyyubun cənazəsi alqışlarla son mənzilə yola salınıb.

Mərhum dəfn edilmək üçün Bakının Suraxanı rayonunda yerləşən "Dədə Qorqud" qəbiristanlığına aparılıb.

***

Vurğun Əyyubla vida mərasimi başlayıb.

Vida mərasimi mərhumun evində keçirilir. Mərasimdə ictimai-siyasi xadimlər, ziyalılar və tanınmış şəxslər iştirak edirlər.

Vurğun Əyyub Hövsan qəsəbəsində yerləşən "Dədə Qorqud qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, V. Əyyub bu gün vəfat edib. 62 yaşlı V. Əyyub onkoloji xəstəlikdən əziyyət çəkib. 


Xəbər xətti